0
Tuesday 18 May 2021 - 17:28

Amerikalı məşhurlar fələstinlilərə dəstək verib

Story Code : 933230
Amerikalı məşhurlar fələstinlilərə dəstək verib
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, onlar Vaşinqtonu Tel-Əvivə hər il verdiyi 3.8 milyard dollar yardımı dayandırmağa çağırır.

Məşhur aktrisa Susan Sarandon, sosial şəbəkədəki səhifəsində Qəzzada dağıdılmış bir binanın qarşısında ağlayan 10 yaşlı fələstinli Nadina Abdel-Taifin fotosunu paylaşıb.

“Hər il İsrailə 3.8 milyard dollar göndəririk. Bu, gündə 10 milyon dollar deməkdir. Ölkəmizdə hələ də pulsuz qida proqramını həyata keçirə bilmədiyimiz halda, vergilərimiz irqçiliyi maliyyələşdirir. Digər tərəfdən İsraildə pulsuz  səhiyyə sistemi və yüksək həyat səviyyəsi var. Ancaq bu ölkəyə 3.8 milyard dollar göndərməyə davam edirik. Bu qınanmağa layiqdir", Sarandon yazıb.

Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunan yazıçı Naomi Klein, "Tvitter"də İsrailin hücumlarını tənqid edib.

“Mövqeyin və imtiyazlarını riskə at və danış. Mütləq deyil sosial mediada, hardasa - işdə və ya evdə danış. Məktub yaz, bəyanat imzala", deyə Klein çağırış edib.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snovden də  İsrailin hücumlarını pisləyib.

"AP (Associated Press), Həmasın bu binada olduğu və ya fəaliyyət göstərdiyinə dair bir iz  görmədiyini açıqlayıb", Snovden İsrail Hava Qüvvələrinin Qəzzada beynəlxalq media ofislərinin yerləşdiyi binanı dağıtmasını şərh edərək yazıb.