QR CodeQR Code

Fələstin Müqavimətindən Sionist ordu komandirinə xəbərdarlıq

إسلام تايمز , 18 May 2021 22:47

İslamTimes: Qəzzada yaşayış binalarının hədəf alınmasından sonra Müqavimət Hərəkatı sionist ordu komandirinin evini hədəf alacağı ilə bağlı xəbərdarlıq edib


Fələstinin Müqavimət Hərəkatı İsrailin təcavüzünə və cinayətlərinə cavab olaraq, Təl-Əviv də daxil olmaqla işğal olunmuş Fələstinin müxtəlif şəhərlərinə raket hücumlarını davam etdirir.

Əl-Mayadin şəbəkəsinin verdiyi məlumata görə, bununla əlaqədar olaraq Kətaib Əl-Mücahidin briqadası bir video müraciət yayımlayıb və bildirib ki, növbəti hədəf İsrail ordusunun cənub qüvvələrinin komandiri Eliezer Toledanonun evi olacaq.

Sionist rejim ordusunun cənub qüvvələrinin komandiri Eliezer Toledano bazar ertəsi günü İsrail rejiminin Kanal 13 şəbəkəsinə canlı reportaj verərkən qəfildən Müqavimət mərmilərinin yaxınlaşması səbəbindən xəbərdarlıq siqnalı işə düşüb. Ordu komandiri siqnalın səsisini eşitdikdən sonra qaçaraq, canını qurtarmağa çalışıb.


Story Code: 933302

News Link :
https://www.islamtimes.org/az/news/933302/fələstin-müqavimətindən-sionist-ordu-komandirinə-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org