QR CodeQR Code

Cozep Borrell: Atəşkəsdə əsas məqsəd Qəzzaya yardımdır

إسلام تايمز , 18 May 2021 23:29

İslamTimes: Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Avropa Birliyinin (AB) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell atəşkəsdə əsas məqsədin Qəzzaya yardım edilməsi olduğunu bildirib.


AB-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi işğalçı İsrailin cinayətlərinə göz yumaraq deyib: "İsrailin özünümüdafiə mübarizəsini dəstəkləyirik. Həmçinin fələstinlilər üçün təhlükəsizliyin təmin edilməsini də istəyirik.

O sözlərinin davamında deyib: "Bir ölkədən başqa bütün Avropa Birliyi üzvləri təcili atəşkəs imzalanması ilə bağlı həmfikirdirlər. İsrail səlahiyyətliləri Qüdsdəki Şeyx Cərrah məhəlləsinin sakinlərini buradan çıxarmağı dayandırmalıdır."

Qeyd edək ki, bir müddət öncə Fransa Xarici İşlər Naziri də işğal altındakı Fələstində atəşkəs elan edilməsini istəmişdi.


Story Code: 933307

News Link :
https://www.islamtimes.org/az/news/933307/cozep-borrell-atəşkəsdə-əsas-məqsəd-qəzzaya-yardımdır

Islam Times
  https://www.islamtimes.org