0
Wednesday 19 May 2021 - 22:02

Poqba və Diallo Fələstin bayrağını açdı, baş məşqçi onları dəstəklədi

Story Code : 933473
Poqba və Diallo Fələstin bayrağını açdı, baş məşqçi onları dəstəklədi
Deyerler.org Euronews kanalına istinadən xəbər verir ki, fransalı futbolçu Poqba və kotdivuarlı Diallo matçdan sonra Fələstin bayrağını açıblar və İsrail rejiminin fələstinlilərə hücumlarına reaksiya veriblər.

Kadrlarda ənənəvi oyun sonrası vəziyyətdə azarkeşin Fələstin bayrağını Poqbaya verdiyi görünür.

Bundan əlavə, Poqba İnstaqram səhifəsində “Fələstinə dua et” heşteqi ilə Fələstin bayrağını daşıyarkən çəkdirdiyi şəklini “Gəlin dünyamızı şiddətdən qoruyaq” yazaraq paylaşıb.

Bazar günü Çelsini 1-0 məğlub edərək tarixində İngiltərə Federasiya Kubokunda tarixində ilk çempionluğa imza atan Lester Sitinin futbolçuları Həmzə Çoudhuri və Uesli Fofana da Uembli stadionunda final matçından sonra Fələstin bayrağını dalğalandırmışdılar.

Bu arada, Mançester Yunaytedin baş məşqçisi Ola Qunnar Solskyayer Fələstin bayrağını açan Pol Poqba və Amad Diallonu “fərqli fikirlərə sahib olmaq hüquqlarımız var” deyərək, futbolçularının hərəkətini müdafiə edib.