QR CodeQR Code

Sionist rejim Qəzzada daha bir göydələni hədəfə aldı

19 May 2021 21:06

İslamTimes: İsrail rejiminin qırıcı təyyarələri Qəzzadakı bir neçə böyük qülləni dağıtdıqdan sonra Fələstin mənbələri rejimin pilotsuz təyyarələrinin başqa bir göydələni hədəfə aldığını bildirib.


Deyerler.org xəbər verir ki, bu gün (19 may) İsrail rejiminin pilotsuz təyyarələrinin Qəzzanın şimalındakı Əl-Karama bölgəsindəki Əndəlus yaşayış binasını hədəfə aldığı bildirilib.

Əl-Mayadin şəbəkəsi Qəzzadakı müxbirinə istinadən deyib ki, İsrail rejiminin pilotsuz təyyarələri binaya iki raket atıb.

Fələstinli mənbələrə görə isə, İsrail rejiminin üç pilotsuz təyyarəsi Qəzzanın göydələnlərindən biri olan yaşayış binasının üst mərtəbəsini hədəfə alıb.


Story Code: 933481

News Link :
https://www.islamtimes.org/az/news/933481/sionist-rejim-qəzzada-daha-bir-göydələni-hədəfə-aldı

Islam Times
  https://www.islamtimes.org