QR CodeQR Code

ABŞ beynəlxalq təzyiqlərdən qurtulmaq üçün atəşkəs təklif etdi, amma...

إسلام تايمز , 20 May 2021 00:28

İslamTimes: İşğalçı İsrail rejiminin son qeyri-insani hücumlarına yersiz dəstəyinə görə ciddi təzyiqlərə məruz qalan ABŞ Prezidenti Co Bayden qınaqlardan qurtulmaq üçün Qəzzada atəşkəs elan edilməsinə çağırış edib.


İşğalçı İsrail rejiminin son qeyri-insani hücumlarına yersiz dəstəyinə görə ciddi təzyiqlərə məruz qalan ABŞ Prezidenti Co Bayden qınaqlardan qurtulmaq üçün Qəzzada atəşkəs elan edilməsinə çağırış edib. Amma Benyamin Netanyahu Baydenin atəşkəs təklifini qəbul etməyib.

"Axios" xəbər agentliyi Sionist rejimin əməliyyatları zamanı 227 fələstinlinin şəhid olmasına toxunaraq yazıb ki, İsrail hücumları dayandırmaqla bağlı hər gün daha da artan ciddi beynəlxalq təzyiqlərə məruz qalır.

Xəbər saytına danışan bir mənbə bildirib ki, Co Bayden Netanyahu ilə telefon bağlantısı zamanı sərt bir şəkildə ona deyib ki, artıq səbri tükənib və İsrail əməliyyatlara son qoymalıdır.

Sionist rejimlə Fələstinin Müqavimət qrupları arasında toqquşmaların başlanmasından sonra Co Bayden Benyamin Netanyahu ilə artıq dördüncü dəfədir ki, telefonla əlaqə saxlayır.

Netanyahu çərşənbə günü təhlükəsizlik məsələləri ilə bağlı iclasın keçirilməsinə razı olmayıb. Bu isə sionist rejimin yaxın zamanlarda ən azından öz xoşu ilə atəşkəs elan etmək niyyətində olmamasına işarə ola bilər.


Story Code: 933492

News Link :
https://www.islamtimes.org/az/news/933492/abş-beynəlxalq-təzyiqlərdən-qurtulmaq-üçün-atəşkəs-təklif-etdi-amma

Islam Times
  https://www.islamtimes.org