0
Thursday 20 May 2021 - 10:14

Rus ekspert: ABŞ Türkiyənin təklifini qəbul etməz!

Story Code : 933534
Rus ekspert: ABŞ Türkiyənin təklifini qəbul etməz!
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Boris Dolqov deyib.

“Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı mövcud mexanizmlər yerində sayarkən, Türkiyə böhrandan çıxışla bağlı öz təklifini irəli sürdü, BMT prinsipləri əsasında regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi çağırışını etdi. Bu təklif yeni və olduqca maraqlıdır. Bu fikir mövcud durumu qanlı nöqtədən uzaqlaşdırmaqla bağlı pozitiv məqamları özündə ehtiva edir. Lakin İsrail və arxasında dayanan ABŞ-ın bu təklifləri qəbul edəcəyini düşünmürəm. Onların təsdiqi olmadan regiona sülhməramlı göndərmək mümkün deyil”, - deyə Dolqov bildirib.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birinci müavini Numan Qurtulmuş regionda münaqişənin qarşısının alınması üçün sülhməramlı qüvvələrin yaradılması təklifi ilə çıxış etmişdi.