0
Thursday 20 May 2021 - 14:13

İsrail son gündə Qəzzaya hücumla yanaşı İordan çayının qərbində 40 fələstinlini həbs edib

Story Code : 933574
İsrail son gündə Qəzzaya hücumla yanaşı İordan çayının qərbində 40 fələstinlini həbs edib
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə Fələsrinin məhbusların işləri üzrə “Nadi əl-Əsir” mərkəzi məlumat verib.

Bildirilib ki, ötən gün ərzində İsrail Qəzzaya hücumla yanaşı İordan çayının qərb sahilində müxtəlif bölgələrdə basqınlar həyata keçirərək, 40 fələstinlini həbs edib. Onların arasında HƏMAS-a yaxın olan fəallar da var.

Qeyd edək ki, Qəzzaya hücum fonunda İordan çayının qərb sahili ilə yanaşı İsrailin daxilində ərəblərin kompakt yaşadığı bölgələr də qarşıdurmaların və etiraz aksiyalarının şahidi olub. Son 10 gün ərzində Qəzzaya hücum nəticəsində ölənlərin sayı 230, İordan çayının qərbində ölənlərin sayı isə 25 nəfər təşkil edir.