QR CodeQR Code

BMT elçisi atəşkəsə nail olmaq üçün Haniyə ilə görüşdü

إسلام تايمز , 20 May 2021 19:44

İslamTimes: BMT-nin Qərbi Asiyada Sülh prosesi üzrə xüsusi nümayəndəsi Vensland Tor (Tor Wennesland) cümə axşamı Qətərə gəlib.


Sionist rejimin "Jerusalem Post" qəzeti diplomatik mənbələrə istinadən xəbər verib ki, Vensland Qəzza ilə İsrail arasında sülh bərqərar edilməsi məqsədi ilə BMT-nin səylərini gücləndirmək üçün Dohaya gəlib.

Rəsmilərin bildirdiyinə görə: "Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağındakı gərginliyi aradan qaldırmaq üçün hər iki tərəflə fəal şəkildə danışıqlar aparır."

Bəzi KİV-lərin yaydığı xəbərə görə, Həmas Müqavimət hərəkatının liderləri Xalid Məşəl və İsmayıl Haniyə hazırda Dohada Vensland ilə görüş keçirir.


Story Code: 933616

News Link :
https://www.islamtimes.org/az/news/933616/bmt-elçisi-atəşkəsə-nail-olmaq-üçün-haniyə-ilə-görüşdü

Islam Times
  https://www.islamtimes.org