QR CodeQR Code

Amerikalı senator Təl-Əvivə silah satışını dayandırmaq üçün hərəkətə keçdi

إسلام تايمز , 20 May 2021 22:04

İslamTimes: Amerikada Konqres üzvləri işğalçı İsrailə silah satışının qarşısını almaq üçün hərəkətə keçdilər...


Vermont əyalətini təmsil edən, həmçinin 2020-ci il ABŞ prezident seçkilərindəki namizədlərdən olan Demokrat Senator Berni Sanders ABŞ-dakı bir çox Demokrat nümayəndələr kimi bu gün Sionist rejimə 735 milyon dollar dəyərində silah satılmasına qarşı bir qətnamə hazırlamaq niyyətində olduğunu bildirib.

Axios veb saytının verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden administrasiyası Tel-Əvivə elə bir şəraitdə yer-hava tipli raketlər satmağa çalışır ki, son həftələrdə Sionist rejimin fələstinlilərlə qarşı cinayəti ən zirvə həddə çatıb.

Konqresdəki Demokrat nümayəndələr son günlərdə Bayden rəhbərliyinə təzyiqləri artıraraq, Baydendən Tel-Əvivə müasir silahlar satmamağı tələb edir. Onlar sionist rejimə silah satışının dayandırılmasının İsrailin Qüdsdəki fələstinlilərə artan təcavüzünə qarşı bir addım olduğunu bildiriblər.


Story Code: 933625

News Link :
https://www.islamtimes.org/az/news/933625/amerikalı-senator-təl-əvivə-silah-satışını-dayandırmaq-üçün-hərəkətə-keçdi

Islam Times
  https://www.islamtimes.org