QR CodeQR Code

BMT-nin İnsan Haqları Şurasına İsrailin cinayətləri ilə bağlı müraciət edildi

إسلام تايمز , 20 May 2021 23:04

İslamTimes: 63 ölkə BMT-nin İnsan Haqları Şurasına müraciət edərək İsrailin fələstinlilərə qarşı cinayətlərinin araşdırılmasını tələb ediblər


İslam ölkələrinin Cenevrədəki səfirlərinin təşəbbüsü ilə, Sionist rejimin Fələstin xalqına qarşı son cinayətlərinin araşdırılması tələbi ilə BMT-nin İnsan Haqları Şurasına müraciət ünvanlanıb. Müraciətdə Şuranın təcili toplantı keçirməsi tələb edilir.

Belə ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 55 ölkə və İƏT üzvü olmayan səkkiz ölkə (Meksika, Kuba, Venesuela, Boliviya, Namibiya, Eritreya, Çin və Cənubi Afrika) Sionist rejimə qarşı xüsusi bir toplantı tələbi ilə məktubu imzalayıb.

Məktubu imzalayan 20 nəfər ölkə İnsan Haqları Şurasının üzvüdür. Şuranın prosedur qaydalarına görə, belə bir iclasın keçirilməsi üçün ən azı 16 üzv müraciət etməlidir. Buna görə də sədr bu xüsusi iclası keçirmək məcburiyyətindədir.


Story Code: 933637

News Link :
https://www.islamtimes.org/az/news/933637/bmt-nin-insan-haqları-şurasına-israilin-cinayətləri-ilə-bağlı-müraciət-edildi

Islam Times
  https://www.islamtimes.org