0
Saturday 22 May 2021 - 00:45

Sionist rejimin kabineti: ‌“Netanyahunun getmə vaxtı gəldi”

Story Code : 933832
Sionist rejimin kabineti: ‌“Netanyahunun getmə vaxtı gəldi”
Deyerler.org xəbər verir ki, sionist rejimin kabinetinin formalaşmasının üzvü və Gələcək İş Partiyasının lideri Yair Lapid bu gün (21 may) sionist rejimin təhlükəsizlik kabinetinin atəşkəsə razılaşmasından sonra, Tvitter üzərindən Netanyahu rejimini tənqid edib.

Fələstinin Şahab xəbər agentliyi Lapidin tvitinə istinad edərək, belə qeyd edib: “(Sionistlər)Yerləşənlər - xüsusilə Qəzza ətrafındakı yaşayış məntəqələrinin sakinləri - ağır raket atəşinə məruz qaldılar, lakin bunun müqabilində heç nə və ya dəyişiklik əldə etmədilər.

Netanyahunun uğursuzluqları “Maroon”dan (Maroon dağındakı sionist qırğını nəzərdə tutur) Qəzzaya və Əl-Əqsa məscidindən Lada (Lad şəhərindəki Fələstin nümayişlərinə toxunur) uzanır. Onun (Netanyahu) getmə vaxtı gəldi”.

Bundan əvvəl İsrail rejiminin sabiq müharibə naziri və İsrail Beytna partiyasının lideri Aviqdor Liberman və sionist rejimin radikal Atsama Yəhudilik qrupunun lideri İtamar ben Ğaffir Netanyahunu Fələstin müqaviməti qarşısındakı məğlubiyyətinə görə tənqid etmişdi.

Liberman atəşkəsin Netanyahu üçün növbəti məğlubiyyət olduğunu söyləyərək, belə demişdi: “HƏMAS hərəkatı İsraili (sionist rejim) təhdid etmək mövqeyindədir. Atəşkəs bunu gücləndirə bilər”.

İtamar ben Ğaffir də belə deyib: “Atəşkəs razılaşmasından sonra Netanyahu artıq dəstəklənə bilməz. Cənub sakinləri güclü və qətiyyətlidir. Təəssüf ki, İsrail kabineti belə deyil. İsrail (sionist rejim) kabinetindən utanıram və atəşkəsin cənubdakıların üzlərinə tüpürmək kimi bir şey olduğuna inanıram”. /Deyerler/