0
Saturday 22 May 2021 - 03:00

BBC-nin fələstinli şəhid uşaqlarla bağlı qərəzli yayımı reaksiya yaratdı

Story Code : 933838
BBC-nin fələstinli şəhid uşaqlarla bağlı qərəzli yayımı reaksiya yaratdı
Deyerler.org Anadoluya istinadən xəbər verir ki, BBC xəbərlərində İsrail rejimi tərəfindən öldürülən uşaqlar üçün “ölü” ifadəsini istifadə etməyi seçib. BBC-nin hücumlara dair bülletenində “Qəzzada 61 uşaq olmaqla 212 nəfər öldü. İsraildə (sionist rejim) bir uşaq da daxil olmaqla 12 nəfər öldürüldü” ifadəsini istifadə edib.

Hücumların başlanğıcından bəri xəbərlərində qərəzli olan BBC, Anadolu agentliyinin müxbirinin “niyə belə bir dilə üstünlük verildi?” sualını cavabsız qoyub.

BBC-nin bu yanaşması sosial şəbəkədə də reaksiyalar doğurub.

Waqas Tufail adlı bir Tvitter istifadəçisi belə yazıb: “Ayıbdır. BBC bir daha fələstinlilərin “ölü” olduğunu və israillilərin öldürüldüyünü bildirdi. Bu biabırçılıqdır və daha qəbuledilməzdir”. Tufail, bülleteni təqdim edən BBC aparıcısı kimi jurnalistlərin də qınanılmalı olduğunu vurğulayıb.

Simon adlı Tvitter istifadəçi isə, belə yazıb: “Aparteid rejimini dəstəkləyən dövlət təbliğatıdır. Bu qədər sadədir. Ayıbdır”.

Zahir adlı Tvitter istifadəçisi, İngiltərədəki BBC yayımlarını izləmək üçün ödəniş ödəməli olduğuna toxunaraq, insanların bu cür xəbərlər üçün pul istənildiyini bildirib.

BBC-nin bu rəftarının Almaniyanın beynəlxalq yayım şirkəti Deutsche Welle-nin (DW) İsrail rejimi haqqında tənqidi reportajların verilməsini məhdudlaşdırması ilə üst-üstə düşməsi marağa səbəb olub.

DW-nin redaksiya heyəti, bölgədəki son hadisələrdən sonra işçilərə verdiyi məlumatlandırma mesajında, müxbirlərinin və redaktorlarının İsrail rejiminin aparteid rejimi kimi təsvir etmələrini və fələstinlilərə qarşı zülm cinayətləri barədə məlumat vermələrini qadağan edib. /Deyerler/