0
Saturday 22 May 2021 - 12:31

HƏMAS lideri hərbi və maddi dəstəyə görə İrana təşəkkür edib

Story Code : 933905
HƏMAS lideri hərbi və maddi dəstəyə görə İrana təşəkkür edib
SalamNews xəbər verir ki, bunu “Fələstinin İslami Müavimət Hərəkatı”ının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmail Həniyyə deyib.

Ötən gün Qəzza-İsrail 11 günlük müharibəsilə bağlı çıxış edən HƏMAS lideri bir sıra ölkələrə təşəkkür edib.

HƏMAS lideri siyasi dəstəyə görə Qətərə, atəşkəsin əldə edilməsi istiqamətində göstərdiyi dəstəyə görə Misirə, hərbi və maddi dəstəyə görə İrana təşəkkür edib.

HƏMAS lideri bundan öncə ayrıca Ayətullah Xameneiyə məktub ünvanlayaraq, müharibənin gedişatı, İsrailin təcavüzləri və fələstinlilərin müqaviməti barədə məlumatlar vermişdi.

Qeyd edək ki, bundan öncə Qəzzada fəal olan daha bir hərəkat “Səraya əl-Qüds” də hərbi və maddi dəstəyə görə İrana təşəkkür etmişdi.