QR CodeQR Code

Müqtəda Əs-Sədr: “İrqçi sionist terrorçuların bütü sındı”

23 May 2021 01:00

İslamTimes: İraqın Sədr hərəkatının lideri Müqtəda Əs-Sədr Fələstin müqavimətinin sionist rejim üzərində qazandığı zəfəri bir bütü qırmaq kimi şərh edərək, irqçi terrorçu sionistlərin bütünün qırıldığını və bunun hər kəs üçün bir dərs olmalı olduğunu söyləyib.


Deyerler.org xəbər verir ki, Müqtəda Əs-Sədr Qəzzadakı 12 günlük müharibədə atəşkəs elan edilməsindən sonra Fələstin İslami Müqavimətinin sionist rejimə qarşı mübarizədəki qələbəsini Tvitter üzərindən təbrik edib.

Əs-Sədr tvitini Rum surəsinin 5-ci ayəsindən bəhs edərək, başlayıb: “Allah istədiyinə kömək edir. O, Qüdrətlidir və Rəhimlidir.

Fələstin xalqının bu qələbəsi üçün Allaha təşəkkür edirəm. Bəndəsinə yardım edən, ordusunu izzətli edən və qarşı tərəfdəki orduları tək başına əzən Allaha həmd olsun.

Müqəddəslərimiz bizim izzətimizdir. Düşmən üzərində qazandığınız bu qələbəyə görə sizə (Qüds və Qəzza xalqına müraciət etdi) təşəkkür edirəm. Düşmən sizin imanınız və cəsarətiniz qarşısında diz çökdü. Bu qələbə sülhməramlılar və kompromis edənlər daxil olmaqla hər kəs üçün bir dərs olmalıdır. Başda pis və terrorçu dövlətin bütü və irqçi terrorçu sionistlərin bütləri sındı”. /Deyerler/


Story Code: 934013

News Link :
https://www.islamtimes.org/az/news/934013/müqtəda-əs-sədr-irqçi-sionist-terrorçuların-bütü-sındı

Islam Times
  https://www.islamtimes.org