QR CodeQR Code

İran: "AEBA-ya verilən 3 aylıq müddət bitdi"

23 May 2021 15:46

İslamTimes: İran İslam Məşvərət Şurasının sədri Məhəmməd Baqir Qalibaf parlamentin bugünkü açıq iclasında etdiyi çıxışda gündəmi dəyərləndirib.


Qalibaf İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasındakı müvəqqəti razılaşma ilə əlaqədar AEBA-ya verilən 3 aylıq müddətin bitdiyini və agentliyin İran Atom Enerjisi Agentliyinin kamera görüntülərinə baxmaq hüququna sahib olmadığını söyləyib.

İran parlamentinin sədri "Parlament tərəfindən qəbul olunan "Sanksiyaların ləğvi və İran xalqının maraqlarının qorunması üçün strateji fəaliyyət planı" qanununun tətbiqi barədə fikrimiz qətidir", - deyib. /Eastnews/


Story Code: 934080

News Link :
https://www.islamtimes.org/az/news/934080/iran-aeba-ya-verilən-3-aylıq-müddət-bitdi

Islam Times
  https://www.islamtimes.org