0
Sunday 23 May 2021 - 16:18

Kiyev üçün kabus: Qərb yenə Ukraynanı satır?

Story Code : 934084
Kiyev üçün kabus: Qərb yenə Ukraynanı satır?
Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest"də dərc olunan məqalədə qeyd olunub.

Vurğulanıb ki, İslandiya paytaxtında aparılan danışıqlar heç bir irəliləyişlə nəticələnməyib:

"Kiyev ikitərəfli münasibətlərin normallaşdırılmasına dair növbəti danışıqlar zamanı Rusiya və ABŞ-ın Ukrayna üçün əsas əhəmiyyət kəsb edən məsələləri müstəqil şəkildə həll edəcəyindən qorxur. Çünki bu ölkənin geosiyasi vəziyyətini ciddi şəkildə zəiflədəcəkdir".

Məqalədə, həmçinin Kiyevin Rusiyaya təzyiq göstərmək üçün Parisdən Berlinə qədər Avropa paytaxtlarında dəstək tapmadığı bildirilib.

"Baydenin ABŞ-Rusiya münasibətlərini sabitləşdirmək üçün göstərdiyi səylər Ukraynanın geosiyasi mövqeyini daha da zəiflədəcək. Bu isə Moskvaya qarşı dayanmaq üçün birləşmiş Qərb cəbhəsi yaratmaq perspektivinə növbəti bir zərbə ola bilər", - Nİ-dəki məqalədə qeyd olunub.