QR CodeQR Code

Ağ Ev: Diplomatiya İranın nüvə probleminin həlli üçün ən yaxşı yoldur

إسلام تايمز , 24 May 2021 21:57

İslamTimes: Ağ Evin mətbuat katibi Cen Psaki sübut olunmamış iddiaları bir daha təkrarlayaraq, diplomatiyanı İranın "nüvə silahı" əldə etməsinə mane olmaq üçün ən yaxşı yol kimi təqdim edib.


Cen Psaki HBFP sazişinin bərpa olunması üçün təşkil olunan Vyana danışıqlarının beşinci raundundan danışaraq, bu danışıqların çətin, eniş-yoxuşlu olduğunu söyləyib. O bütün bunlara baxmayaraq Vaşinqtonun avropalı ortaqları ilə birlikdə danışıqlara davam edəcəyini söyləyib.

Ağ Evin sözçüsü bu sözləri elə bir şəraitdə söyləyib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi ikitərəfli texniki razılaşma müddətini daha bir ay uzadıblar.

İran tərəfi rəsmi olaraq bəyan edib ki, BAEA kameralarının fəaliyyəti sonuncu dəfə bir ay müddətinə bərpa olunur.

İslam Respublikası rəsmi Tehrana qarşı ədalətsiz sanksiyaların aradan qaldırılmayacağı təqdirdə nüvə stansiyalarına nəzarət kameralarının fəaliyyət müddətini bir daha artırmayacağını qeyd edib.


Story Code: 934345

News Link :
https://www.islamtimes.org/az/news/934345/ağ-ev-diplomatiya-iranın-nüvə-probleminin-həlli-üçün-ən-yaxşı-yoldur

Islam Times
  https://www.islamtimes.org