0
Tuesday 25 May 2021 - 00:20

İranın xarici işlər nazirinin Azərbaycana səfəri başladı

Story Code : 934346
İranın xarici işlər nazirinin Azərbaycana səfəri başladı
Bu barədə “Report”a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.