QR CodeQR Code

İraqda hərbi-hava bazasına raket zərbəsi endirildi

25 May 2021 00:43

İslamTimes: İraqda beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Əyn-əl-Əsəd hərbi-hava bazasına raket zərbəsi endirilib.


Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Ənbarda yerləşən bazaya azı bir raket düşüb. Daha iki raket baza yaxınlığında partlayıb.

Zərbənin fəsadları və ya itkilər barədə məlumat verilməyib.

Əyn-əl-Əsəd hərbi-hava bazası paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşir.

Qeyd edək ki, bazada ABŞ hərbçiləri yerləşdirilib.

 


Story Code: 934349

News Link :
https://www.islamtimes.org/az/news/934349/iraqda-hərbi-hava-bazasına-raket-zərbəsi-endirildi

Islam Times
  https://www.islamtimes.org