0
Tuesday 25 May 2021 - 08:48

ABŞ-da silahlı insident nəticəsində azı 3 nəfər ölüb

Story Code : 934373
ABŞ-da silahlı insident nəticəsində azı 3 nəfər ölüb
APA NBC telekanalına istinadən xəbər verir ki, Cakson küçəsindəki evlərdən birində üç nəfərin güllənmiş cəsədi tapıldı.

Binanın ətrafında daha bir neçə meyitin olduğu bildirilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, onların dəqiq sayı hələ bilinmir. Atışma yerli vaxtla saat 17:27-də baş verib.

Hadisə yeri mühasirəyə alınıb, polis əraziyə baxış keçirir. Polis ölənlərin kimliyini müəyyənləşdirir.