0
Tuesday 25 May 2021 - 09:05

Quterreşdən ÇAĞIRIŞ: "Yeni fövqəladə vəziyyətlərə hazır olun"

Story Code : 934382
Quterreşdən ÇAĞIRIŞ: "Yeni fövqəladə vəziyyətlərə hazır olun"
Publika.az xəbər verir ki, bu barədə Quterreş bu gün Cenevrədə işə başlamış 74-cü Ümumdünya Səhiyyə Assambleyasının iştirakçılarına videomüraciətində deyib. O, beynəlxalq əməkdaşlıq və gələcək üçün həmrəylik çərçivəsini yaratmağın zəruri olduğunu bildirib.

“Biz səhiyyə sahəsində növbəti fövqəladə vəziyyətə hazırlaşmalıyıq”, - deyən Quterreş daha sonra bunları qeyd edib: “Mövcud sistemin bütün hökumətlərin və cəmiyyətlərin iştirakı ilə koordinasiya edilmiş beynəlxalq plan əsasında transformasiya edilməsi üçün ən yüksək səviyyədə siyasi öhdəliklər götürülməlidir”.