0
Tuesday 25 May 2021 - 14:59

Prezident seçkilərinə hazırlaşan Pompeo Təl-Əvivə yollanır

Story Code : 934446
Prezident seçkilərinə hazırlaşan Pompeo Təl-Əvivə yollanır
"Politico" saytının verdiyi məlumata görə, KİV və bir çox siyasi təhlilçilər sabiq ABŞ dövlət katibi Mayk Pompeonun  işğalçı İsrailə planlaşdırdığı səfərini 2024-cü il prezident seçkilərində iştirak etmək üçün hazırlıq kimi qiymətləndiriblər.

ABŞ dövlət katibi Antoni Blinkenin sionist rejim səlahiyyətliləri ilə görüşmək üçün işğal olunmuş Fələstinə yollanmasından sonra media vasitələri Mayk Pompeonun Təl-Əvivə səfərə hazırlaşdığını yazıb.

Yedioth Ahronoth qəzeti bildirib ki, Pompeo Mossad rəisi Yossi Kohenin təqaüdə çıxma mərasimində iştirak etmək üçün bu həftə İsrailə gedə bilər.