0
Tuesday 25 May 2021 - 23:31

ABŞ-ın dəstəklədiyi kürdlər Suriyada seçkilərə mane olur

Story Code : 934522
ABŞ-ın dəstəklədiyi kürdlər Suriyada seçkilərə mane olur
Suriyada "Kürd Muxtariyyəti" adı altında birləşən kürdlər bəyanat yayaraq bildirib ki, ölkənin şimal-şərqində hökumətin nəzarəti altında olan ərazilərdə müştərək keçidlər qapadılıb.

"Kürdüstan-24" xəbər saytı qeyd edib ki, Kürd Muxtariyyəti bu keçidləri Suriyada keçiriləcək prezident seçkiləri ilə eyni vaxtda qapatmaq qərarına gəlib.

Kürd Muxtariyyətinə bağlı olan "Suriya Demokratik Şurası" da iddia edib ki, Suriya seçkilərinin problemsiz baş tutması üçün yardım etməyəcək.

Qeyd edək ki, ABŞ-a bağlı olan kürdlərin bu hərəkəti bu bölgələrin sakinlərinin Suriya seçkilərində iştirakının qarşısını alır.