0
Wednesday 26 May 2021 - 08:48

Bayden: “Şimal axını-2”yə qarşı sanksiyaların tətbiq edilməsinin əks təsiri olacaq

Story Code : 934557
Bayden: “Şimal axını-2”yə qarşı sanksiyaların tətbiq edilməsinin əks təsiri olacaq
APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiyadan Baltik dənizi ilə Almaniyaya qədər uzanan, ümumi gücü 55 milyard kubmetr olan 2 qaz boru kəmərinin inşasını nəzərdə tutur.

Kəmərin inşası 2019-cu ilin dekabrında İsveçrənin “Allseas” bölgəsində ABŞ-ın mümkün sanksiyaları səbəbindən dayandırılmışdı.

Qaz boru kəmərinin inşası 2020-ci ilin dekabrından etibarən - bir illik fasilədən sonra bərpa edilib. Hazırda kəmərin 95 faizi inşa edilib.