QR CodeQR Code

Rusiya və Yaponiya gəmiləri toqquşub, üç heyət üzvü ölüb

26 May 2021 09:13

İslamTimes: Yaponiyaya məxsus "Dai-hachi Hokko-maru" balıqçı gəmisi Hokkaydonun Monbetsu şəhəri yaxınlığında Rusiyanın "Amur" balıqçı gəmisi ilə toqquşub.


APA Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yapon gəmisinin 3 heyət üzvi ölüb.

Xilasetmə və təcili yardım xidmətinin yaydığı məlumata görə, Yapniya gəmisində 9,7 ton yük, 6 heyət üzvü, Rusiya gəmisində isə 662 ton yük və 23 nəfər heyət üzvü olub.

Yerli vaxtla, təxminən saat 6-da (Bakı vaxtı ilə 01:00) Monbetsu limanından 23 kilometr məsafədə baş verən hadisə nəticəsində yapon balıqçı gəmisi aşıb. Yapon gəmisinin göyərtəsindəki beş nəfər “Amur”un ekipajı tərəfindən xilas edilib, lakin onlardan üçünün öldüyü məlum olub.


Story Code: 934559

News Link :
https://www.islamtimes.org/az/news/934559/rusiya-və-yaponiya-gəmiləri-toqquşub-üç-heyət-üzvü-ölüb

Islam Times
  https://www.islamtimes.org