0
Wednesday 26 May 2021 - 10:05

Hizbullah lideri Qəzza müharibəsindən danışıb: Bu İsrailə dərs oldu

Story Code : 934570
Hizbullah lideri Qəzza müharibəsindən danışıb: Bu İsrailə dərs oldu
“Qəzzadakı müqavimət hərəkatı Qəzza üçün deyil, Qüds və əl-Əqsa üçün meydana atıldı. İsrail elə bilirdi ki, Qüdsün yəhudiləşdirilməsi planına ancaq bəyanatla cavab verəcəklər. Qəzza müqavimətinin bu şücaətli və qəti addımı həm dost həm də düşmən üçün gözlənilməz idi. Bu olanlar İsrailin bilməməzliyi, müqavimət hərəkatını heçə saymaqdan irəli gəlirdi, amma artıq onlar başa düşdü və dərs aldılar. Bəlli oldu ki, Qüdsə toxunmaq yəni regionda yeni müharibə ilə nəticələnəcək.

SalamNews xəbər verir ki, bunu Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ötən gün Livanda keçirilən qələbə günü ilə bağlı çıxışında deyib.

İsrailin 2000-ci ilin mayında livanlıların müqavimətilə ölkənin cənubundan çıxmasından, bu tarixi qələbənin sonrakı dövrlərdə müsbət təsirindən danışan Həsən Nəsrullah may ayının 21-də Qəzzadakı hərəkatların əldə etdiyi hərbi nailiyyətdən də söz açıb.

O bildirib ki, son müharibədə müqavimət hərəkatının reaksiyası İsrail üçün gözlənilməz olduğu kimi dostlar üçün də gözlənilməz idi.

İsrailin son müharibədən dərs aldığını bildirən Həsən Nəsrullah vurğulayıb ki, “İsrail əl-Əqa məscidi və Qüdsə toxunmağın nəticəsinin silahlı müqavimət olduğunu bilməlidir.”

“Müqavimət hərəkatlarının “Qüdsün Qılıncı” əməliyyatı İsrailin bütün bölgələrinə aid idi. İsrailin bütünündə təhlükəsizliyə zərbə vuruldu. Bu tarixi hərbi nəaliyyətdir. Qəzzadakı müqavimət bunu təkbaşına etdi. Bununla yanaşı İsrail qurudan Qəzzada əməliyyata getmədi. Bundan savayı İsrailin daxilində “48-ci ilin ərəbləri”nin bölgələrndə ciddi qarşıdurmalar baş verdi. Bu qarşı tərəfin varlığını təhdid edirdi”, deyə Həsən Nəsrullah növbəti müharibə ilə bağlı xəbərdarlıq edib.