0
Wednesday 26 May 2021 - 23:16

Almaniya İsrailin işğalçı siyasətini tənqid etdi

Story Code : 934701
Almaniya İsrailin işğalçı siyasətini tənqid etdi
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger bir toplantı zamanı bildirib ki, sionistlərin işğal olunmuş Fələstin ərazilərində yaşayış massivləri inşa etməsi beynəlxalq hüquqa ziddir.

Berlin uzun zamandır ki, işğalçı İsrail rejiminin müttəfiqi hesab edilir. Amma buna baxmayaraq bu Avropa ölkəsi sionist rejimin Fələstin ərazilərində yerləşmə planına dəfələrlə etiraz edib. Almaniya İsrailin uyğun qanunsuz şəhərsalma planını Yaxın Şərqdə sülh prosesinə qarşı addım kimi dəyərləndirib.

Almaniya dəfələrlə Sionistlərlə Fələstin arasındakı ixtilafları həll etmək üçün ABŞ və digər ölkələrlə birlikdə işləməyə hazır olduğunu açıqlayıb.