0
Wednesday 26 May 2021 - 23:52

Qrossi: Nüvə proqramını inkişaf etdirmək İranın haqqıdır

Story Code : 934704
Qrossi: Nüvə proqramını inkişaf etdirmək İranın haqqıdır
Financial Times-a müsahibə verən Rafael Qrossi deyib: "Hazırkı vəziyyət çox narahat edicidir. Çünki İranın nüvə proqramı son iki ildə daha da mürəkkəbləşib.

Atom Enerjisi Agentliyinin baş direktoru əlavə edib: “Bir ölkənin nüvə sahəsində 60% zənginləşdirmə səviyyəsinə çatması əhəmiyyətli faktdır. Çünki bu səviyyədə zənginləşdirmə yalnız nüvə silahı istehsal edən ölkələrdə mövcuddur."

Qrossi deyib: "Nüvə proqramını inkişaf etdirmək İranın haqqıdır. Lakin bu dərəcədə zənginləşdirmə daha çox sayıqlıq tələb edir..."