0
Thursday 27 May 2021 - 09:31

İranın xarici işlər naziri Azərbaycan və Ermənistana səfəri barədə paylaşım edib

Story Code : 934761
İranın xarici işlər naziri Azərbaycan və Ermənistana səfəri barədə paylaşım edib
İran həmişə hamının ərazi bütövlüyünə hörmətlə yanaşıb. Biz hər iki tərəfin dövlət başçılarının ikitərəfli razılaşmaya nail olmaq üçün hazır olmalarını alqışlayırıq. Regional müstəvidə əməkdaşlıq üçün böyük imkanlar var.”

SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhisfəsində yazıb.

Cavad Zərif Azərbaycan və Ermənistana səfərinin nəticələri barədə paylaşım edərək, iki ölkə arasında daimi razılıq və sülh üçün hazırlıqların olduğunu bildirib.

O həmçinin bildirib ki, İran ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Qeyd edək ki, Cavad Zərif Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə, Yerevanda ermənistanlı həmkarı Ara Eyvazyan, bu ölkənin baş naziri Nikol Paşinyan və prezidenti Armen Sarkisyanla görüşüb.