0
Thursday 27 May 2021 - 10:34

"İsrail dini müharibəyə səbəb olacaq"

Story Code : 934798
"İsrail dini müharibəyə səbəb olacaq"
"İsrailin Qüdsdəki davamlı qanun pozuntuları bölgədə böyük bir dini müharibəyə səbəb olacaq", - deyən Sinvər dünya dövlətlərinə İsrailin Qüdsdəki fəaliyyətlərinə qarşı səssizliyə görə xəbərdarlıq edib.

Məscidül-Əqsaya toxunulacağı təqdirdə bütün Yaxın Şərqin formasının dəyişəcəyini deyən Sinvər sözlərini belə davam etdirib:

"Qüds şəhəri qırmızı xətdir. İsrailin mövcudluğu şəhərdə nə etməsindən asılıdır. Müqavimət dünyaya və düşmənə "Odla oynamağı dayandırın" mesajını vermək istədi. Başlanğıcda Qüds istiqamətində raket atmağa başladıq ki, düşmən Məscidül-Əqsanı himayə edəcək şəxslər olduğunu bilsin. Müqavimət bir dəqiqədə 200 kilometr mənzilli yüzlərlə raket atmaq gücünə sahibdir".

İsrailin son hücumunda baş verənlərin yalnız kiçik bir manevr olduğunu söyləyən Sinvər Məscidül-Əqsaya toxunulsa, açıq bir qarşıdurmada və ya regional bir müharibədə vəziyyətin belə olmayacağı dəyərləndirməsini edib. /Eastnews/