0
Sunday 21 August 2011 - 14:25

Yumurta inqilabı

Story Code : 93506
Yumurta inqilabı
Yumurta inqilabı
24saat.az-ın bazarda apardığı araşdırma zamanı satıcılar bunu yumurtanın topdansatış qiymətinin artması ilə izah ediblər. 

Maraqlıdir ki, yalnız fabrik yumurtaları bahalaşıb. Kənd yumurtası əvvəllər olduğu kimi 20 qəpikdir.
Quşçuluq fabriklərinin nümayəndəsi isə satıcıların dediklərini inkar edirlər. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, əvvəllər olduğu kimi fabriklərdə yumurtanın topdansatış qiyməti 7 qəpikdir. 

O iddia edir ki, qiymət artımı işbazların əməlidir: “Bayram ərəfəsində yumurtaya tələbatın artmasından istifadə edib qiymətləri süni şəkildə qaldıranlar var. Bəzi adamlar var ki, onlar topdansatış obyektlərindən götürüb mağazalara paylayır, qiymətləri qaldırırlar». 

Kənd Təsərrüfatı Nazirliyi də toyuq yumurtasının qiymətinin artırılması üçün əsas olmadığını deyir.
Deyilənlərdən bu qənaətə gəlmək olur ki, ya istehsalçı yalan danışır, ya da yumurtanın bahalaşmasının arxasında maraqlı qüvvə dayanıb. 

Xatırladaq ki, bu ilin yazında da oxşar hadisə baş vermişdi. Hətta iş o yerə çatmışdı ki, məsələyə prezident müdaxilə etmişdi və baş verən bahalaşmanı "Kartel sövdələşməsi"nin nəticəsi kimi qiymətləndimişdi. /HaqqYolu/

Comment