0
Saturday 29 May 2021 - 08:50

ABŞ-dan S-400 açıqlaması: Qərar Ankaranındır

Story Code : 935095
ABŞ-dan S-400 açıqlaması: Qərar Ankaranındır
Axar.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi Vendi Şerman deyib.

O bildirib ki, Türkiyəyə tətbiq olunan S-400 sanksiyaları üçün alternativ yollar təklif edib:

“Qərar Ankaranındır. Ümid edirəm ki, ortaq bir yol tapa bilərik. Bu texniki detal siyasi bir məsələ deyil. Türkiyə vəziyyətdən xəbərdardır və atacağı addımları bilir. Bu addımları necə atacağımızı da müzakirə etdik. Bu, Türkiyənin qərarı olacaq”.