QR CodeQR Code

Sionist rejim BMT İnsan Haqları Şurasının səsverməsinə qəzəbləndi

Deyerler , 29 May 2021 15:47

İslamtimes - İsrail rejiminin ABŞ-dakı səfiri Gilad Erdan BMT-nin İnsan Haqları Şurasında 12 günlük münaqişədə rejimin cinayətlərini araşdıran bir qərar qəbul edilməsini qınayıb.



Deyerler.org xəbər verir ki, “İsrael national news” qəzetinin yazdığına görə, İsrail rejiminin BMT-dəki nümayəndəsi və ABŞ-dakı səfiri Gilad Erdan BMT-nin İnsan Haqları Şurasınl “antisemit bir təşkilat” adlandırıb.
 
“Bu birtərəfli və antisemitizm qətnaməsinin nəticələri əvvəlcədən müəyyənləşdirilib və məqsəd HƏMAS hərəkatını legitimləşdirməyə çalışmaqdır”, - deyə Erdan bildirib.
 
İsrail rejiminin Xarici İşlər Nazirliyi də, İnsan Hüquqları Şurasını “İsrail əleyhinə çoxluq” olaraq xarakterizə edib və təşkilatın istintaqı ilə əməkdaşlıq etməyəcəyini bildirib.
 
Digər tərəfdən İsrail rejiminin baş naziri Benyamin Netanyahu qərarı “biabırçılıq” və “açıq-aşkar bir İsrail əleyhinə qərar” kimi qiymətləndirib.
 


Story Code: 935180

News Link :
https://www.islamtimes.org/az/news/935180/sionist-rejim-bmt-insan-haqları-şurasının-səsverməsinə-qəzəbləndi

Islam Times
  https://www.islamtimes.org