QR CodeQR Code

Yəmən qüvvələri Səudiyyə rejiminin aviabazasını PUA ilə vurdu

29 May 2021 20:47

İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə rejiminin cənub-qərbindəki həssas hədəfə qarşı PUA əməliyyatı keçirdiklərini elan edib.


Deyerler.org xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında, dünən (28 may) səhər Səudiyyə rejiminin Kral Xalid aviabazasına qarşı PUA əməliyyatının keçirildiyini elan edib: “Yəmən ordusunun PUA birliyi 2 ədəd Qasif 2K pilotsuz təyyarəsi ilə Xamis Muşaitdə Kral Xalid aviabazasına qarşı hücum əməliyyatı həyata keçirdi.

Bu hücumda həssas hərbi nöqtə hədəfə alındı və dəqiq şəkildə vuruldu. Bu əməliyyat Səudiyyə rejiminin koalisiyasının təcavüzünü və Yəmənə qarşı davamlı mühasirəsini artırmasına cavab olaraq həyata keçirildi”. /Deyerler/
 


Story Code: 935258

News Link :
https://www.islamtimes.org/az/news/935258/yəmən-qüvvələri-səudiyyə-rejiminin-aviabazasını-pua-ilə-vurdu

Islam Times
  https://www.islamtimes.org