0
Saturday 29 May 2021 - 23:52

Xudafərin sərhəd-keçid məntəqəsi yaxın gələcəkdə istifadəyə veriləcək

Story Code : 935260
Xudafərin sərhəd-keçid məntəqəsi yaxın gələcəkdə istifadəyə veriləcək
Məlumata əsasən, bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısı Məhəmmədrza Purməhəmmədi deyib.
O bildirib ki, Xudəfərin sərhəd-keçid məntəqəsi Azərbaycanın nəzarətinə keçəndən sonra həm İran, həm də Azərbaycan rəsmilərinin iradəsi bu keçid məntəqəsini yenidən açmaqdır: “Şərqi Azərbaycan əyalətində mövcud olan sərhəd-keçid məntəqələrinin potensialından qonşu ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirmək üçün istifadə olunmalıdır. Culfa və Nurduz sərhəd-keçid məntəqələri İranın Avrasiya ölkələri ilə qapısı hesab olunur. Bu iki keçid məntəqəsi qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafında böyük rol oynayır. Xudafərin keçid məntəqəsi Culfa və Nurduz keçid məntəqələri ilə yanaşı, Şərqi Azərbaycan əyalətinin qonşu ölkələrlə iqtisadi münasibətlərinin artmasına dəstək ola bilər. İxracat və idxalat qarşısında mövcud olan maneələr aradan qaldırılmalıdır. Hazırda əyalət rəsmilərinin prioritet məsələsi budur”. /Eastnews/