0
Sunday 30 May 2021 - 08:36

Polisin güllələdiyi azərbaycanlı gənc öldü

Story Code : 935320
Polisin güllələdiyi azərbaycanlı gənc öldü
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, polis təqib etdiyi şəxslərdən birinə ehtiyatsızlıqdan atəş açıb. Hadisənin mayın 28-də Sibir yolunda baş verdiyi bildirilir.

Qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman saxlanılanın 19 yaşlı bir tanışı ona müdaxilə etməyə başlayıb.

Polis səlahiyyətlərindən kənara çıxıb, 19 yaşlı gəncə qarşı şiddət tətbiq edib. Nəticədə gənc başından ağır güllə yarası alıb. Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” (Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.