0
Sunday 30 May 2021 - 21:07

Azərbaycan nümayəndə heyətinin İran səfəri davam edir

Story Code : 935406
Azərbaycan nümayəndə heyətinin İran səfəri davam edir
Publika.az xəbər verir ki, səfər çərçivəsində İranın Neft Nazirliyində görüş keçirilib.

Baş nazirin müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin inkişafına nail olublar. Hazırda Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir. İki qonşu və dost dövlətlər arasında neft-qaz, nəqliyyat, ticarət, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələri davam edir. Bu gün İran Azərbaycanın əsas tərəfdaşlarından biridir. Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənilməsi istiqamətində işlər həyata keçirilir. Enerji sahəsində qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, 2004-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası İran tərəfindən təbii qazla təmin edilir.

Baş nazirin müavini bildirdi ki, İran ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün əhəmiyyətli xarakter daşıyır.

İranın neft naziri Bijən Namdar Zəngənə nümayəndə heyətini Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da İnkişaf etdirilməsi ölkəsinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İran Azərbaycanla yalnız enerji sahəsində deyil, bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. İki yaxın qonşu və dost ölkənin xoş münasibəti və qarşılıqlı əməkdaşlığı xalqlarımızın mənafeyini əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Görüşdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Nümayəndə heyətinin İrana səfəri davam edir.