QR CodeQR Code

Cənubi Afrikada İsrail əleyhinə böyük aksiya keçirildi

إسلام تايمز , 30 May 2021 22:34

İslamTimes: Qəzəbli xalq lazım gəlsə özlərinin işğalçı İsrail səfirliyini qapadacağını bildirib


"SabcNews" informasiya agentliyinin verdiyi məlumata görə, Cənubi Afrikada "Vinda müsəlman gənclər hərəkatı" və "Cənubi Afrika gəncləri şurası"nın təşkilatçılığı ilə işğalçı İsrail rejimi əleyhinə böyük aksiya keçirilib.

Aksiyada iştirak edənlər işğalçı İsrail rejiminin Qəzzə və Qüds şəhərində Fələstin xalqına qarşı vəhşiliklərini məhkum ediblər. Onlar əllərində Fələstin bayraqlarını dalğalandıraraq, sionist rejimə qarşı şüarlar yazılmış plakatlar açıblar.

Etirazçılar deyib: "İsrail öz cinayətlərinə son qoymasa, Afrikadakı sionist rejim səfirliyinin qapadılması üçün hərəkətə keçəcəyik. Çünki biz insanlara zülm edənlərin aramızda olmasını istəmirik..."


Story Code: 935410

News Link :
https://www.islamtimes.org/az/news/935410/cənubi-afrikada-israil-əleyhinə-böyük-aksiya-keçirildi

Islam Times
  https://www.islamtimes.org