0
Sunday 30 May 2021 - 23:19

Naftali Bennet: Netanyahunu kənarlaşdırmağın zamanı gəldi!

Story Code : 935420
Naftali Bennet: Netanyahunu kənarlaşdırmağın zamanı gəldi!
Sionist rejimin sabiq müdafiə naziri Naftali Bennet, keçmiş maliyyə naziri Yair Lapid və Yaşid partiyasının lideri ilə birləşərək Benyamin Netanyahunu devirib, işğal olunmuş ərazilərdə yeni bir hökumət quracağını açıqlayıb.

Sionist rejim rəsmisi deyib: "Netanyahunun on ildən çox hakimiyyətindən sonra yeni bir hökumət qurmalıyıq."

İşğalçı İsrailin baş naziri Benyamin Netanyahu Naftali Bennetin Yair Lapidlə koalisiya qurma planına görə qəzəblənərək bildirib ki, bu hökumət İsrailin gələcəyi üçün bir təhdiddir.