0
Monday 31 May 2021 - 08:48

Nigeriyada silahlı şəxslər internat-məktəbdən 200 şagirdi qaçırıb

Story Code : 935458
Nigeriyada silahlı şəxslər internat-məktəbdən 200 şagirdi qaçırıb
APA xəbər verir ki, bu barədə yerli "Vanguard" nəşri məlumat yayıb.

Hadisə günün ikinci yarısı baş verib. Hücum nəticəsində ölən və yaralanan olmayıb.

Niger dövlət rəsmisi Reuters-ə faktı təsdiq etsə də, girov götürülən şagirdlərin sayını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, son aylarda Nigeriyada məktəb və universitetlərdə analoji vəziyyət tez-tez baş verir. Bu ilin əvvəlindən bəri ölkənin müxtəlif bölgələrində 700-dən çox şagird və tələbə qaçırılıb.