Bayden Putinə xəbərdarlıq etdi – Kremldən açıqlama gecikmədi
Story Code : 935594
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“ABŞ və Rusiyanın gündəmləri üst-üstə düşmür, amma ənənəvi olaraq Amerika tərəfinin qaldırdığı suallara cavab verməyə hazırıq. Təəssüf ki, əks tərəfin hazırlığı qənaətbəxş deyil”, - Ryabkov qeyd edib.
Qeyd edək ki, Bayden bundan əvvəl Putinlə insan haqları məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib: “Prezident Putinlə bir neçə həftə sonra Cenevrədə görüşəcəyəm. Ona insan hüquqlarının pozulmasına imkan verməyəcəyimizi açıqlayacağam”.
Rusiya və ABŞ prezidentləri arasında görüş iyunun 16-da Cenevrədə baş tutacaq.