0
Monday 31 May 2021 - 23:46

ABŞ-ın bizi izləməsi qəbuledilməzdir - Makron

Story Code : 935602
ABŞ-ın bizi izləməsi qəbuledilməzdir - Makron
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

"Demək istəyirəm ki, bu, müttəfiqlər və avropalı tərəfdaşlar arasında qəbuledilməzdir", - Makron bildirib.

Onun sözlərinə görə, müttəfiqlər arasında şübhəyə yer olmamalıdır, bu səbəbdən Paris Vaşinqton və Kopenhagendən açıqlama gözləyir.

Qeyd edək ki, Almaniyanın "Süddeutsche Zeitung" qəzeti 2012-2014-cü illərdə ABŞ Milli Kəşfiyyat İdarəsinin Danimarkanın köməkliyi ilə avropalı siyasətçiləri izlədiyini iddia edib.