QR CodeQR Code

Cazandakı məğlubiyyət sonrası Bin Salmanın istefası tələb edildi

إسلام تايمز , 1 Jun 2021 22:05

İslamTimes: Səudiyyə Ərəbistanı ordusunun Cazandakı biabırçı məğlubiyyətindən sonra Səudiyyə əhalisi Bin Salmanın istefasını tələb edib


Saudi Wikileaks-in məlumatında görə, Yəmən ordusu və xalq komitələrinin ötən cümə axşamı Səudiyyə Ərəbistanının cənubundakı Cazan bölgəsində böyük bir əməliyyat başlatması Bin Salman üçün böyük bəlaya çevrilib.

Əməliyyat zamanı lentə alınaraq yayımlanan görüntülərdə çox sayda Səudiyyə əsgərinin və muzdlu döyüşçünün öldürüldüyü müşahidə edilir. Bildirilir ki, Yəmən qüvvələri 40-dan çox Səudiyyə bazasını da ələ keçirib.

Səudiyyə Ərəbistanından olan sosial şəbəkə istifadəçiləri bu hadisələrdən sonra Məhəmməd bin Salmanın müdafiə naziri olaraq bu hadisələrə görə məsuliyyət daşıdığını bildirib, onu kəskin tənqid ediblər. Bir çox səudiyyəli bu biabırçı məğlubiyyətlərə görə Bin Salmanın istefa verməsini tələb edib.


Story Code: 935794

News Link :
https://www.islamtimes.org/az/news/935794/cazandakı-məğlubiyyət-sonrası-bin-salmanın-istefası-tələb-edildi

Islam Times
  https://www.islamtimes.org