0
Wednesday 2 June 2021 - 08:21

Bu gün Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxacaq

Story Code : 935840
Bu gün Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxacaq
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olacaq.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.