QR CodeQR Code

Əl-Husidən Səudiyyə rejiminə: “Cizan əməliyyatı sizi bu qədər qorxudursa...”

Deyerler , 2 Jun 2021 11:54

İslamtimes - Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) Səudiyyə rejiminin torpaqlarının dərinliklərindəki Cizan cəbhəsində keçirdiyi genişmiqyaslı əməliyyatı təcavüzkar qüvvələrə o qədər ağır sarsıdıcı zərbə vurub ki, Səudiyyə rejiminin rəhbərlik etdiyi işğalçı koalisiya qüvvələrinin sözçüsü videoların paylaşılmasına baxmayaraq, əməliyyatı rədd edib.



Deyerler.org xəbər verir ki, Yəmənin İnqilabi Ali Komitəsinin sədri Məhmməd Əli Əl-Husi Səudiyyə rejiminin öz torpaqlarında keçirilmiş əməliyyatı inkar etməsinə Tvitter səhifəsindən reaksiya verib: “Əgər Cizan əməliyyatının səhnələri həqiqəti inkar etmək üçün sizi bu qədər qorxudurdusa, onda gələcək əməliyyatları və daha gərgin olacaq səhnələri necə izah edərdiniz? Bu görüntülərə şübhə ilə yanaşanlara cavab vermək üçün bu əməliyyatın qurbanlarının cəsədlərini Qırmızı Xaç vasitəsilə təcavüzkar ölkələrlə dəyişməyə hazırıq”.
 
Qeyd edək ki, Yəmən ordusu və inqilabi xalq komitələri bir neçə gün əvvəl geniş hücum əməliyyatları həyata keçirərək, nəticədə Səudiyyə rejiminin ərazisində Cizan cəbhəsində 40-dan çox məntəqədə nəzarəti ələ keçirmişdi.
 
Yəmənin Hərbi Mediasının (Əl-Aləm Əl-Hərbi Əl-Yəməni) sözügedən əməliyyatda 150 kvadrat kilometrdən çox ərazinin azad edildiyini açıqlamışdı.
 
Əməliyyatda Səudiyyə rejiminin ordusundan 200-dən çox canlı qüvvəsi, Sudan ordusunun muzdluları və işğalçı koalisiyanı dəstəkləyən xain qüvvələr öldürülmüş, yaralanmış və əsir götürülmüşdü.
 


Story Code: 935895

News Link :
https://www.islamtimes.org/az/news/935895/əl-husidən-səudiyyə-rejiminə-cizan-əməliyyatı-sizi-bu-qədər-qorxudursa

Islam Times
  https://www.islamtimes.org