0
Wednesday 2 June 2021 - 12:01

HƏMAS: “Əsir dəyişdirilməsi Qəzzanın yenidən qurulması ilə əlaqələndirilməməlidir”

Story Code : 935897
HƏMAS: “Əsir dəyişdirilməsi Qəzzanın yenidən qurulması ilə əlaqələndirilməməlidir”

Deyerler.org xəbər verir ki, İsmayıl Rizvan Misir nümayəndə heyətinin Qəzza səfərinə toxunaraq, belə deyib: “Səfər zamanı bütün qruplar Fələstin qruplarının birləşməsini müzakirə etmək üçün Misirə getməyə dəvət edildi”.
 
Əl-Məyadin şəbəkəsinin yazdığına görə, HƏMAS-ın rəsmisi görüşdə bunları deyib: “Əsir dəyişdirilməsi məsələsi Qəzzanın yenidən qurulması ilə əlaqələndirilməməlidir. Əsir dəyişdirilməsi müstəqil prosesdir və müqavimət qruplarının tələbləri yerinə yetirilməlidir”.
 
HƏMAS lideri deyib ki, Misir heyəti İsrail rejiminin rəsmiləri ilə görüşdə Qüdsdəki təxribatçı hərəkətlərin dayandırılmasının vacibliyini vurğulayıb.
 
O, Həmas nümayəndə heyətinin də yaxın günlərdə ikitərəfli danışıqlar üçün Qahirəyə gedəcəyini bildirib.
 
Misir kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamal bazar ertəsi (31 may) HƏMAS hərəkatının Qəzzadakı rəhbəri Yəhya Sinvar və hərəkatın bir sıra liderləri ilə görüşmək üçün Qəzzaya gəlib.
 
Əl-Cəzirə şəbəkəsinin verdiyi məlumata görə, Misir heyəti İsrail rejiminin rəsmiləri və Fələstin Muxtariyyəti ilə görüşdükdən sonra, atəşkəsin sabitləşdirilməsi, Qəzzanın bərpası və blokadanın ləğvi ilə bağlı üç əsas mövzuda HƏMAS rəsmiləri ilə görüşmək üçün Qəzzaya gəliblər.
 
Source : Deyerler
Tagged
həmas
Comment