0
Wednesday 2 June 2021 - 15:39

İsrail qüvvələri son sutkada İordan çayının qərbində 19 fələstinlini həbs ediblər

Story Code : 935928
İsrail qüvvələri son sutkada İordan çayının qərbində 19 fələstinlini həbs ediblər
SalamNews bu barədə Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla məlumat verir.

Bildirilib ki, İsrail qüvvələri Ramallahın qərbində yerləşən Beyt-Sira qəsəbəsində, əl-Birə şəhərində, Betalehim şəhərinin cənubunda, Kəfəl-Haris və əl-Xəlil adlı məntəqələrdə bu gün səhər həyata keçirilən basqınlar çərçivəsində ümumilikdə 19 fələstinlini həbs ediblər.

Onların arasında vaxtilə HƏMAS-ın tanınmış üzvlərindən olmuş Camal ət-Təvil də var.

Qeyd edək ki, Qəzza müharibəsi fonunda və ondan sonra işğal altına qalan İordan çayının Qərb sahili bölgələrində də fələstinlilər etirazlara qalxmış və burada azı 250 fələstinli həbs edilmişdi. İordan çayının Qərb sahili 1967-ci ildə işğal edilib.