0
Thursday 3 June 2021 - 09:28

İşğalçı İsrailin gələcək baş nazirləri məlum oldu

Story Code : 936030
İşğalçı İsrailin gələcək baş nazirləri məlum oldu
Teleqraf.com xəbər verir ki, bu barədə "Yeş Atid" Partiyasının mətbuat xidməti bildirib.

"Yeş Atid"in sədri Yair Lapid prezident Reuven Rivlinə elan edib ki, o hökumətin formalaşdırılması işini müvəffəqiyyətlə başa çatdırımağa nail olub", - partiyanın mətbuat xidmətinin xəbərində deyilir.

Sionist rejimin prezidentinin dəftərxanasında informasiyanı təsdiqləyiblər.

"Yamin”in sədri Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki il ərzində əvəzetmə aparılacaq, bundan sonra “Yeş Atid”in rəhbəri Yair Lapid baş nazir, “Yamin”in sədri Naftali Bennett alternativ baş nazir olacaq", - deyə dəftərxananın xəbərində bildirilir.

Razılaşmaya əsasən “Yamin”in sədri Naftali Bennett 2023-cü ildə vəzifəsinin icrasına başlayacaq. Sonra 2025-ci ilin noyabrına qədər hökumətə Yair Lapid başçılıq edəcək.

Bununla da işğalçı İsrail rejimində 12 il ərzində ilk dəfə hazırkı baş nazir Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılacaq.

Qeyd edək ki, qanunvericiliyə əsasən koalisyon hökumətin tərkibini Knesset (sionist rejim parlamenti) təsdiqləməlidir.