0
Thursday 3 June 2021 - 07:39

Çavuşoğlu: “Rusiyalı hərbçilər ölkədən çıxıblar”

Story Code : 936033
Çavuşoğlu: “Rusiyalı hərbçilər ölkədən çıxıblar”
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

“S-400” sistemləri yüz faiz bizim nəzarətimizdə olacaq”, - ölkənin baş diplomatı vurğulayıb.

Bir qrup rus hərbçi türk hərbçilərinə “S-400”-lərin idarə edilməsi ilə bağlı təlim verib. Rəsmi Vaşinqtonun bununla bağlı açıqlamasından sonra Çavuşoğlu rusiyalı mütəxəssislərin öz vətənlərinə geri qayıtdıqlarını deyib.

ABŞ mayın 28-də Türkiyəyə “S-400” zenit raket komplekslərinə alternativ təklif edib. Vaşinqton Türkiyə ilə bu məsələdə ortaq yol tapa biləcəyinə ümid etdiyini bildirib. Ankaraya konkret olaraq, hansı alternativin verildiyi məlum deyil.